Vəzifə öhdəlikləri:
- Malların qəbulu
- Qəbul zamanı malın çeşidi, miqdarı, yerləşdirmə və keyfiyyətinin faktura və qaimə ilə uyğunluğunun yoxlanılması
- Uyğunsuzluq halları olduqda dərhal qeydiyyat və rəhbərliyə məlumat verilməsi
- Qəbul və çxışa dair sənədləşmənin sistemdə icrası
- Məhsulların növünə uyğun şəkildə düzgün rəflərdə yerləşdirilməsi
- Məhsulların təhlükəsiz saxlanması üçün anbar qaydalarına əməl edilməsi
- Xüsusi saxlanma rejimi tələb edən malların ayrıca zonalarda yerləşdirilməsi
- Satış, istehsalat və ya digər şöbələrin tələblərinə uyğun mal çıxışı
- Sifarişlərin düzgün komplektləşdirilməsi və təhvil aktlarının hazırlanması
- Gündəlik anbar hərəkətlərinin tam və düzgün qeydiyyatı
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması
- Dövri inventarizasiyalarda aktiv iştirak və fərqlərin aradan qaldırılması
- Minimum və maksimum stok səviyyələrinin nəzarətdə saxlanılması
- Anbarın səliqəli, təhlükəsiz və standartlara uyğun saxlanması
- Çəki, ölçü, yükləmə-boşaltma proseslərinin təhlükəsizlik qaydalarına uyğun təşkili
Namizədə tələblər:
- Minimum orta təhsil (texniki və ya ali təhsil üstünlükdür)
- Anbardarlıq, logistika və təchizat sahəsində biliklər
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis
- İş təcrübəsi min 3-5 il
- MS Office / ERP/ 1C
Maraqlanan namizədlər mövzu yerində “Anbardar” yazmaqla öz CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.