Audit (Daxili Audit)

  • Истекает 11 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • İllik Audit Planı hazırlanması
  • Plana əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
  • Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Namizədə tələblər:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.
  • Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis
  • İş təcrübəsi 3-5 il; (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.); 

Maraqlanan namizədlər mövzu yerində “Audit” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

  • Daily15
  • Weekly438
  • Monthly2184