General Elevator LLC General Elevator LLC

Lift üzrə elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Lift üzrə elektrik mühəndisi

  • Deadline 11 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr).
  • Bu sahədə minimum 1-3 il  iş təcrübəsi olmalı.
  • Rus və İngilis dili biliyi mütləqdir (oxumaq və fikrini ifadə etmək qabiliyyəti).
  • Alət və avadanlıqlarla işləmə bacarıqları.
  • Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı.
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı.

Namizədin şəxsi keyfiyyətləri:

  • Universiteti bitirən lift sahəsi üzrə gələcəyin mütəxəsis olan ali təhsilli bəylər müraciət edə bilər.
  • Liftlər və eskalatorların  motorları və texniki avadanlıqlar üzrə biliklər və praktiki bacarıqlar.
  • Autocad biliyi olanlara üstünlük veriləcək
  • Nizam-intizamlı və şirkətin ümumi qayda qanunlarına hörmətlə yanaşıb icra etməsi.
  • Fikrini izah etmək qabiliyyəti.
  • Ezamiyyə imkanları.
  • Ünsiyyət yaratmaq bacarığı.
  • İşə planlı yanaşması.
  • Fəal olması və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
  • Elektrik sxemlərinin oxunması və nasazlıqların aradan qaldırılması.
  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini yoxlamaq.
  • Elektrik avadanlıqlarının lift və eskalatorlarının quraşdırılması və onlara texniki xidmət.
  • Lift və eskalatorlarının ehtiyat hissələrinin araşdırılması və məlumatların məsul şöbəyə ötürülməsi.
  • Lift və eskalatorlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarının və onların  saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi.
  • İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi.
  • Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili.
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq.
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək.
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etməsi.
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək.
  • Lift və eskalator sistemlərində meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək.

Maaş: 800-1200 AZN

Vəzifəyə aidiyyəti olmayan şəxslər qeydə alınmayacaq

Müraciət etdiyiniz vəzifəni mövzu yerində “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly607
  • Monthly1083