Korporativ hüquq sahəsi üzrə təcrübəli hüquqşünas tələb olunur!
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərinin hazırlanması və təhlili;
- Müqavilələrin tərtibi, hüquqi ekspertizası və razılaşdırılması;
- Dövlət qurumları və tərəfdaşlarla hüquqi yazışmaların aparılması;
- Şirkətin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsi
- Rəhbərliyə hüquqi məsləhətlərin verilməsi
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində 1–3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə praktiki biliklərə malik olmaq;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Yazılı və şifahi ünsiyyət bacarıqları.
Əməkhaqqı: 1500 AZN (net)
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.