German Dental Clinic Baku yüksək ünsiyyət və satış bacarıqlarına malik təcrübəli Pasiyent Koordinatoru vakansiyasını açıq elan edir.
Namizədə tələblər:
- Yaş: 25+
- Minimum 2–3 il satış və ya call center təcrübəsi (stomatologiya sahəsi üstünlükdür)
- Yüksək ünsiyyət və inandırma bacarığı
- Telefonda müştərini yönləndirmə və satışa bağlama (closing) qabiliyyəti
- Azərbaycan və rus dillərini səlis bilməli (ingilis dili üstünlükdür)
- Məsuliyyətli, aktiv və nəticəyönümlü yanaşma
Vəzifə öhdəlikləri:
- Gələn zənglərin peşəkar şəkildə idarə olunması
- Pasiyentin ehtiyacını analiz edərək düzgün həkimə yönləndirmə
- Müayinə və müalicəyə yazdırma (satışın həyata keçirilməsi)
- WhatsApp və sosial şəbəkə müraciətlərinin operativ cavablandırılması
- Pasiyent bazası ilə işləmək və geri dönüşlərin edilməsi
Biz nə təklif edirik:
- Əmək haqqı: 600 AZN + bonus sistemi
- Hər real pasiyent və satışdan faiz (limitsiz qazanc imkanı)
- Stabil və sistemli iş mühiti
- Peşəkar komanda və karyera inkişafı imkanı
İş Qrafiki: 6 gün: 9:00-18:00; 12:00-21:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: hissəsində "Pasiyent Koordinatoru" qeyd edilməlidir.