GESCO ASC GESCO ASC
  • 879

Kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik mütəxəssis

  • Deadline 14 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur şöbə/bölmə: Təchizat bölməsi

Vəzifə öhdəlikləri:

  • Şöbənin təmir və texniki xidmət üzrə sifarişçisi olduğu proseslərlə əlaqədar iş sifarişləri və ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
  • Baş ofisdaxili tədbirlərin maddi-texniki təminat və təchizatını həyata keçirmək;
  • Baş ofisdaxili inventarların cari vəziyyətinə nəzarət etmək;
  • Birbaşa rəhbəri tərəfindən ona həvalə edilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə malik olmalı.

 Əlavə məlumat:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri qeyri-iş günləridir);
  • Nahar fasiləsi: 13:00 - 14:00; 
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily34
  • Weekly246
  • Monthly1405