GESCO ASC GESCO ASC
  • 358

Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mütəxəssis

  • Deadline 7 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur şöbə/bölmə: Keyfiyyətə nəzarət bölməsi

Vəzifə öhdəlikləri:

  • Layihələrdə xidmətin təşkili və gedişatına dair planlı və növbədənkənar monitorinqlərin keçirilməsi;
  • Xidmətin təşkili səviyyəsinin, əmək intizamının və SƏTƏM tələblərinə uyğunluğun yerində yoxlanılması;
  • Aşkar edilmiş uyğunsuzluqlar və intizam pozuntuları üzrə fakt əsaslı daxili araşdırmaların aparılması və nəticələrin sənədləşdirilməsi;
  • Daxil olan şikayət və müraciətlərin operativ araşdırılması və əsaslandırılmış rəyin təqdim edilməsi;
  • Monitorinq nəticələri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • ISO 9001, 14001 və 45001 standartlarının tələblərinə uyğun olaraq metodoloji sənədləşmə bazasının (qayda, təlimat, prosedur) hazırlanması;
  • ISO 10005 standartı əsasında layihələrə spesifik keyfiyyət planlarının tərtibi;
  • Mövcud sənəd dövriyyəsi sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Daxili nəzarət, audit, təhlükəsizlik və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Beynəlxalq idarəetmə standartları (ISO) üzrə mükəmməl nəzəri və praktiki biliklər;
  • 1C (8.3) və MS Office (xüsusilə Excel,Visio) proqramlarında sərbəst işləmə bacarığı;
  • Yüksək müşahidəçilik, qərəzsiz yanaşma və analitik təhlil bacarığı;
  • Ezamiyyətlərə və intensiv layihə səfərlərinə hazırlıq;
  • SƏTƏM tələbləri və əmək intizamı normaları üzrə biliklər;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili (işgüzar səviyyədə).

Əlavə məlumat:

  • Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır;
  • İş rejimi: I–V günlər, 09:00–18:00;
  • Nahar fasiləsi: 13:00–14:00;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi / Mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily7
  • Weekly657
  • Monthly790