Struktur şöbə/bölmə: Keyfiyyətə nəzarət bölməsi
Vəzifə öhdəlikləri:
- Layihələrdə xidmətin təşkili və gedişatına dair planlı və növbədənkənar monitorinqlərin keçirilməsi;
- Xidmətin təşkili səviyyəsinin, əmək intizamının və SƏTƏM tələblərinə uyğunluğun yerində yoxlanılması;
- Aşkar edilmiş uyğunsuzluqlar və intizam pozuntuları üzrə fakt əsaslı daxili araşdırmaların aparılması və nəticələrin sənədləşdirilməsi;
- Daxil olan şikayət və müraciətlərin operativ araşdırılması və əsaslandırılmış rəyin təqdim edilməsi;
- Monitorinq nəticələri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- ISO 9001, 14001 və 45001 standartlarının tələblərinə uyğun olaraq metodoloji sənədləşmə bazasının (qayda, təlimat, prosedur) hazırlanması;
- ISO 10005 standartı əsasında layihələrə spesifik keyfiyyət planlarının tərtibi;
- Mövcud sənəd dövriyyəsi sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi
Namizədə dair tələblər:
- Ali təhsil;
- Daxili nəzarət, audit, təhlükəsizlik və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Beynəlxalq idarəetmə standartları (ISO) üzrə mükəmməl nəzəri və praktiki biliklər;
- 1C (8.3) və MS Office (xüsusilə Excel,Visio) proqramlarında sərbəst işləmə bacarığı;
- Yüksək müşahidəçilik, qərəzsiz yanaşma və analitik təhlil bacarığı;
- Ezamiyyətlərə və intensiv layihə səfərlərinə hazırlıq;
- SƏTƏM tələbləri və əmək intizamı normaları üzrə biliklər;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili (işgüzar səviyyədə).
Əlavə məlumat:
- Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır;
- İş rejimi: I–V günlər, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi / Mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.