Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti
Vəzifə öhdəlikləri:
· Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək idarə etmək;
· Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənəd tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;
· Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq;
· Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;
· Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;
· Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında tələblərə uyğun təhvil verilməsinin təmin etmək;
· Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək;
· Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək;
· Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;
· Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək, daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək.
Namizədə dair tələblər:
· İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;
· Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
· İngilis dili (B1-B2 səviyyəsində);
· MS Office (əla səviyyədə), 1C proqramı;
· CIPS sertifikatının olması arzuolunandır.
· Daxili və xarici satınalma prosesləri üzrə biliklər;
· Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;
· Komanda ilə işləmək bacarığı.
Əlavə məlumat:
· AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
· İş rejimi: I–V günlər, 09:00–18:00;
· Nahar fasiləsi: 13:00–14:00;
· Əmək haqqı: 1700 AZN (NET)
📍 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
📩 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.