G GFC MMC
  • 931

GFC MMC

Marketinq üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə menecer

  • Deadline 19 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • 30-45 yaş arasında;
  • Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
  • Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
  • 3 ildən çox marketinq  sahəsində təcrübə olması;
  • Səlis azərbaycan və rus dili bilikləri;
  • Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
  • MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir;
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
  • Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.

Əsas vəzifə və öhdəliklər:

  • Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
  • Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
  • Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
  • ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
  • PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
  • Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
  • Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
  • Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı-2000 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Mail:

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Marketinq üzrə menecer” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily32
  • Weekly479
  • Monthly483