İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali təhsilli olmaq;
- Müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komanda ilə effektiv ünsiyyət bacarığı;
- Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;
- Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
- Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;
- 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Mal, iş və xidmətlər üzrə gündəlik daxil olan qaimə və alış sənədlərinin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması, aidiyyəti əməkdaşlar tərəfindən təsdiqlənməsi prosesinin təşkil edilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi;
- Təsdiq edilmiş qaimələrin 1C mühasibat proqramında vaxtında və düzgün şəkildə uçota alınmasının təmin edilməsi;
- Kontragentlər (kreditorlar) ilə hesablaşmalar üzrə mütəmadi üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünə nəzarət edilməsi;
- Mühasibat sənədlərinin qanunvericiliyin tələblərinə və daxili maliyyə prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsində iştirak edilməsi;
- Fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əməkhaqqı - 1200 Azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.