Mühasib

  • Истекает 31 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Ali təhsilli olmaq; 
  • Müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi; 
  • Səlis azərbaycan dili bilikləri;
  • Komanda ilə effektiv ünsiyyət bacarığı; 
  • Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;
  • Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
  • Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;
  • 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Mal, iş və xidmətlər üzrə gündəlik daxil olan qaimə və alış sənədlərinin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması, aidiyyəti əməkdaşlar tərəfindən təsdiqlənməsi prosesinin təşkil edilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi;
  • Təsdiq edilmiş qaimələrin 1C mühasibat proqramında vaxtında və düzgün şəkildə uçota alınmasının təmin edilməsi;
  • Kontragentlər (kreditorlar) ilə hesablaşmalar üzrə mütəmadi üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünə nəzarət edilməsi;
  • Mühasibat sənədlərinin qanunvericiliyin tələblərinə və daxili maliyyə prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsində iştirak edilməsi;
  • Fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əməkhaqqı - 1200 Azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly552
  • Monthly14