İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya ali təhsilli olması;
- Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Rəislərin əmrlərinin vaxtında və düzgün icrası;
- Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
- Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
- Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
- Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və rəislərə məruzə edilməsi;
- Oğurluq, əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi;
- Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların qeydə alınması və rəislərə vaxtında məruzə edilməsi ;
- Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə edilməsi;
- Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi;
- İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
- Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük növbəli iş rejimi;
- Əmək haqqı-800 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsi növbətçisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.