G GFC MMC
  • 1.4K

GFC MMC

Ofis meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis meneceri

  • Deadline 11 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
  • Səliqəli geyim tərzi, nəzakətli və gülərüz;
  • Dəqiq, punktual,nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və nəzarət bacarıqları;
  • Tapşırıqları prioritetləşdirmək və təşəbbüskarlıq bacarığına malik olmaq;
  • MS Office proqramlarını (xüsusilə Word,Excel,Outlook) sərbəst şəkildə istifadə bacarığı;
  • Ofis avadanlıqları ilə işləmə bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Ofisin ümumi fəaliyyətinə nəzarət və gündəlik işin təşkili;
  • Şirkət daxili prosedurlara uyğun sənədləşmə işlərinin aparılması;
  • Şirkət daxilində və şöbələrarası sənədləşmə işlərində köməklik göstərilməsi (çap,skan,arxiv);
  • Daxili sənədlərinin düzgün və səliqəli saxlanılması və arxivləşdirilməsi; 
  • Daxil olan telefon zənglərinin və elektron məktubların cavablandırılması, müvafiq şöbə ilə əlaqələndirilməsi;
  • Poçt xidmətləri vasitəsilə məktubların göndərilməsi, daxil olan və çıxan məktubların qeydiyyatının aparılması,sistemə daxil edilməsi;
  • Ofis daxilində ümumi nizam-intizamın qorunması və işçi heyətinə dəstək göstərilməsi;
  • Ofisin texniki və inzibati vəziyyətlərinə nəzarət edilməsi (təmizlik,səliqəlik,avadanlıq,təmir);
  • Ofis və təsərrüfat ləvazimatlarının sifarişi və təminatına nəzarət;
  • Ofis personalının (resepşn, təmizlik və texniki işçilər) işinin koordinasiyası; 
  • İclasların və daxili görüşlərin təşkili və inzibati dəstək göstərilməsi;
  • Ezamiyyətlərin təşkili (otel və nəqliyyat rezervasiyası, səfər cədvəllərinin hazırlanması);
  • Ezamiyyət biletlərinin (aviabilet, qatar və s.) sifarişi və alınmasının təşkili;
  • Korporativ tədbirlərin təşkili;
  • Ofis təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik qaydalarına əməl olunması və giriş nəzarətinin aparılması;
  • Şirkət daxili qayda və tələblərə riayət olunması;
  • Birbaşa rəhbərin tapşırıqlarının həyata keçirilməsi və hesabatların hazırlanması. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı 800 -1000 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily103
  • Weekly342
  • Monthly1608