İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
- Səliqəli geyim tərzi, nəzakətli və gülərüz;
- Dəqiq, punktual,nizam-intizamlı və məsuliyyətli olmaq;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və nəzarət bacarıqları;
- Tapşırıqları prioritetləşdirmək və təşəbbüskarlıq bacarığına malik olmaq;
- MS Office proqramlarını (xüsusilə Word,Excel,Outlook) sərbəst şəkildə istifadə bacarığı;
- Ofis avadanlıqları ilə işləmə bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Ofisin ümumi fəaliyyətinə nəzarət və gündəlik işin təşkili;
- Şirkət daxili prosedurlara uyğun sənədləşmə işlərinin aparılması;
- Şirkət daxilində və şöbələrarası sənədləşmə işlərində köməklik göstərilməsi (çap,skan,arxiv);
- Daxili sənədlərinin düzgün və səliqəli saxlanılması və arxivləşdirilməsi;
- Daxil olan telefon zənglərinin və elektron məktubların cavablandırılması, müvafiq şöbə ilə əlaqələndirilməsi;
- Poçt xidmətləri vasitəsilə məktubların göndərilməsi, daxil olan və çıxan məktubların qeydiyyatının aparılması,sistemə daxil edilməsi;
- Ofis daxilində ümumi nizam-intizamın qorunması və işçi heyətinə dəstək göstərilməsi;
- Ofisin texniki və inzibati vəziyyətlərinə nəzarət edilməsi (təmizlik,səliqəlik,avadanlıq,təmir);
- Ofis və təsərrüfat ləvazimatlarının sifarişi və təminatına nəzarət;
- Ofis personalının (resepşn, təmizlik və texniki işçilər) işinin koordinasiyası;
- İclasların və daxili görüşlərin təşkili və inzibati dəstək göstərilməsi;
- Ezamiyyətlərin təşkili (otel və nəqliyyat rezervasiyası, səfər cədvəllərinin hazırlanması);
- Ezamiyyət biletlərinin (aviabilet, qatar və s.) sifarişi və alınmasının təşkili;
- Korporativ tədbirlərin təşkili;
- Ofis təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik qaydalarına əməl olunması və giriş nəzarətinin aparılması;
- Şirkət daxili qayda və tələblərə riayət olunması;
- Birbaşa rəhbərin tapşırıqlarının həyata keçirilməsi və hesabatların hazırlanması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı 800 -1000 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.