GFC MMC GFC MMC

GFC MMC

Digər

Rəqəmsal Marketinq mütəxəssisi & SMM

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəqəmsal Marketinq mütəxəssisi & SMM

  • Deadline 5 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Ali təhsil (Marketinq sahəsində təhsil üstünlükdür);
  • Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal analitika alətləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
  • Kreativ və analitik düşüncə tərzi, problem həll etmə bacarığı;
  • Güclü araşdırma qabiliyyəti, nəticəyönümlü olmaq və komandada işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və kommunikasiya bacarıqları;
  • MS Office proqramları üzrə sərbəst işləmək bacarığı. 

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media kontent strategiyasının hazırlanması və bunun üçün marketinq komandası və agentliklə sıx əməkdaşlıq;
  • Kontent planının hazırlanması, təsdiqi və müvafiq platformalarda yerləşdirilməsi;
  • Meta, Google və digər platformalarda reklam kampaniyalarının planlanması, icrası və optimizasiyası;
  • Menyuboardlar üçün rəqəmsal kontentin və yenilənmələrin idarə edilməsi;
  • Auditoriya və bazar araşdırmalarının aparılması, data əsaslı tövsiyələrin verilməsi;
  • Şirkətin rəsmi veb-saytının idarə olunması, kontentin yenilənməsi və düzgünlüyünə nəzarət;
  • Rəqəmsal reklam kampaniyalarının izlənməsi və agentliklə birlikdə optimallaşdırılması;
  • Rəqəmsal trendlərin və platforma yeniliklərinin izlənməsi və tətbiqi;
  • CPM, CPC, CTR, CPA, CPI, ROAS kimi əsas göstəricilərinin izlənməsi və təhlili;
  • İstifadəçi marşrutu (user journey) və istifadəçi davranışının təhlili və optimallaşdırılması;
  • Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsi;
  • SMM agentliyinin işinin kurasiyası: briflərin hazırlanması, icranın izlənməsi və nəticələrin təhlili;
  • Sosial media kampaniyalarının nəticələrinin təhlili və aylıq hesabatların hazırlanması;
  • Brendin bütün rəqəmsal nöqtələrdə vahid üslubda təqdim olunmasına nəzarət;
  • Onlayn satış platformalarının və çatdırılma kanallarının idarə olunması və yenilənməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Rəqəmsal Marketinq mütəxəssisi & SMM” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily14
  • Weekly556
  • Monthly556