İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
- Səliqəli geyim tərzi, nəzakətli və gülərüz;
- Dəqiq, punktual,nizam-intizamlı və məsuliyyətli olmaq;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Tapşırıqları prioritetləşdirmək və təqdimat bacarıqlarına malik olmaq;
- MS Office proqramlarını (xüsusilə Word,Excel,Outlook) sərbəst şəkildə istifadə bacarığı;
- Ofis avadanlıqları ilə işləmə bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Ofisə daxil olan qonaqların nəzakətli şəkildə qarşılanması,aidiyyəti şöbələrlə əlaqələndirilməsi və yola salınması;
- Daxil olan telefon zənglərinin və elektron məktubların cavablandırılması, müvafiq şöbə ilə əlaqələndirilməsi;
- Poçt xidmətləri vasitəsilə məktubların göndərilməsi, daxil olan və çıxan məktubların qeydiyyatının aparılması,sistemə daxil edilməsi;
- Ofisə daxil olan qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının yerinə yetirilməsi;
- Qonaqların sorğularının cavablandırılması;
- Görüşlərin təşkil olunması və qeydiyyatının aparılması;
- Rəhbərliyə və qonaqlara su, çay və kofe təqdim edilməsi;
- Qonaq otağının, resepşn masası ətrafının səliqəsinə nəzarət edilməsi;
- Şirkət daxili qayda və tələblərə riayət olunması;
- Birbaşa rəhbərin tapşırıqlarının həyata keçirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Əmək haqqı - 600-800 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Resepşn” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.