G GiantSage Investment Group
  • 505

GiantSage Investment Group

Tikinti , Dizayn , Peşəkar xidmətlər

Daxili Audit Şöbəsinin Rəhbəri (MTK sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Audit Şöbəsinin Rəhbəri (MTK sektoru)

  • Deadline 3 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bakı ərazisində fəaliyyət göstərən tikinti şirkətlərindən biri üçün MTK təcrübəsinə malik peşəkar namizədlər tələb olunur.

İşin qısa təsviri:

  • MTK-nın daxili audit sistemini qurmaq, tikinti prosesləri, maliyyə axınları və hüquqi uyğunluq üzrə şəffaflığı təmin etmək. Həm maliyyə, həm də hüquqi hissəni dərindən başa düşən namizəd tələb olunur.

Vəzifə öhdəlikləri:

  • MTK üçün illik audit planının və audit strategiyasının hazırlanması
  • Tikinti layihələri üzrə xərc nəzarəti, material və podratçı auditləri
  • Üzvlük ödənişləri, satış müqavilələri və yığım proseslərinin audit edilməsi
  • Daxili kontrol sisteminin qurulması və təkmilləşdirilməsi
  • Uyğunsuzluqlar, risklər və fırıldaq ehtimallarının aşkarlanması
  • Hüquqi tələblərə, daxili prosedurlara və müqavilə öhdəliklərinə uyğunluğun yoxlanması
  • Audit hesabatlarının rəhbərliyə təqdim edilməsi
  • Maliyyə, hüquq və vergi komandaları ilə sıx koordinasiya

Tələblər: 

  • MTK və/və ya tikinti sektorunda audit təcrübəsi
  • Maliyyə və hüquqi proseslərin paralel şəkildə başa düşülməsi
  • Audit standartları (ISA), risk menecment və daxili kontrol üzrə bilik
  • Analitik düşüncə, obyektivlik və yüksək dəqiqlik
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəstlik
  • Minimum 5–7 il audit təcrübəsi (MTK təcrübəsi üstünlükdür)

Müraciət:

Bu vakansiya ilə maraqlananlar CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.

  • Daily0
  • Weekly610
  • Monthly1178