G GiantSage Investment Group
  • 421

GiantSage Investment Group

Tikinti , Dizayn , Peşəkar xidmətlər

Vergilər üzrə Menecer (MTK sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vergilər üzrə Menecer (MTK sektoru)

  • Deadline 3 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bakı ərazisində fəaliyyət göstərən tikinti şirkətlərindən biri üçün MTK təcrübəsinə malik peşəkar namizədlər tələb olunur.

İşin qısa təsviri:

  • MTK-nın bütün vergi öhdəliklərini idarə etmək, tikinti sektoruna xas vergi modellərini düzgün tətbiq etmək və qanunvericiliyə uyğunluğun tam təmin edilməsinə rəhbərlik etmək.

Vəzifə öhdəlikləri:

  • MTK üçün vergi strategiyasının hazırlanması və tətbiqi
  • ƏDV, mənfəət, gəlir, sosial/DSMF və digər bəyannamələrin hazırlanmasına rəhbərlik
  • Tikinti layihələri üzrə vergi uçotunun düzgün aparılması
  • MTK-da üzvlük haqları, satış müqavilələri və tikinti xərclərinin vergi təsirinin təhlili
  • Vergi yoxlamalarına hazırlıq və proseslərin idarə olunması
  • Vergi risklərinin qiymətləndirilməsi və azaldılması
  • Vergi planlaması və optimallaşdırılması üzrə rəy və tövsiyələr
  • Maliyyə və mühasibatlıq komandası ilə koordinasiya
  • Qanunvericilik dəyişikliklərinin monitorinqi və tətbiqi

Tələblər: 

  • Azərbaycan vergi sistemi üzrə dərin bilik (xüsusilə tikinti sektoru üçün)
  • MTK-larda sənədləşmə, üzvlük ödənişləri və satış uçotu üzrə anlayış
  • Minimum 5 il vergi sahəsində təcrübə
  • Analitik düşüncə, dəqiqlik və hüquqi məntiq
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst bilmə

Müraciət:

Bu vakansiya ilə maraqlananlar CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.

  • Daily0
  • Weekly610
  • Monthly1178