Gilan Pivot MMC komandamızı genişləndirir!
Kənd təsərrüfatı və suvarma sistemləri sahəsində fəaliyyət göstərən Gilan Pivot MMC Qaynaqçı vəzifəsi üzrə yeni əməkdaşlar axtarır
Əsas tələblər
- Suvarma sistemlərində istifadə olunan boru xətlərinin qaynaq edilməsi
- Boruların quraşdırılması və montaj işlərinin aparılması
- Qaynaq olunan hissələrin keyfiyyətinə nəzarət
- Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki qaydalara riayət edilməsi
Üstünlüklər
- Peşəkar inkişaf üçün təlim və treninqlərdə iştirak imkanı
- Sertifikatların əldə olunmasında şirkət tərəfindən dəstək
- Sahə üzrə praktik təcrübə qazanmaq imkanı
- Stabil və inkişaf edən şirkətdə işləmək imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.