Əsas vəzifə və öhdəliklər:
- Anbardan hazır məhsulun çıxışının müvafiq sənədləşmə əsasında aparılması;
- Anbar qalığının qeydiyyatının aparılması;
- Malı müşayiət edən sənədlərin toplanması, kompüterdə qeydiyyatın aparılması və saxlanması;
- Anbar dövriyyəsinin təsdiq edilmiş sənədlər əsasında olmasının təmin edilməsi;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasının təşkili;
- Elektron qaimələrin işlənməsi;
- Hazır məhsulun qorunması, saxlanma rejiminə əməl edilməsinə nəzarət;
- Mədaxil və məxaric sənədlərinin doğru-düzgün tərtib edilməsinə nəzarət;
- Hazır məhsulun inventarizasiyasının aparılmasında iştirak;
Tələblər:
- Ali ixtisas təhsil;
- Anbar sahəsində minimum 3 illik iş təcrübəsi;
- MS Office, 1C və müəssisədaxili proqramlar;
- Yüksək işgüzarlıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq qabiliyyəti;
- Diqqətli və məsuliyyətli;
- Operativlik;
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 10:00-18:00;
- Əmək haqqı: 700-800 azn;
- Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Sənaye Parkı
- Sumqayıt və yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcək.
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün ofisə dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Anbardar” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.