Gilan Seramik Gilan Seramik
  • 445
Gilan Seramik

Gilan Seramik

Tikinti materialları

Korporativ satış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış üzrə mütəxəssis

  • Deadline 1 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1C

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması; 
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.

Tələblər:

  • Ali təhsil.
  • Tikinti materialları sektorunda (xüsusilə keramika, keramoqranit) minimum 3 illik satış təcrübəsi.
  • B2B (korporativ) satış proseslərində iştirak və müştəri portfeli formalaşdırmaq təcrübəsi.
  • İnşaat şirkətləri, dövlət layihələri, dizayn studiyaları, memarlar və distribyutorlarla iş təcrübəsi.
  • Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını yaxşı tanımaq.
  • Satış planlarını hazırlamaq, icra etmək və aylıq/həftəlik hesabatlar təqdim etmək bacarığı.
  • Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
  • Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Yüksək ünsiyyət, təqdimat və nəticəyə fokuslu iş bacarıqları.
  • Sürücülük vəsiqəsi və avtomobil idarəetmə təcrübəsi.
  • Dil biliyi: Azərbaycan dili (mütləq), digər dillər arzuolunandır.

İş şəraiti:

  • 5 günlük iş qrafiki: saat 09:00-18:00;
  • Əmək haqqı: 2000 azn + bonus sistemi;
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1C

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək. Uyğun namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily49
  • Weekly448
  • Monthly1172