Kiçik Sənaye Mühəndisi
Vəzifənin qısa təsviri:
- Kiçik Sənaye Mühəndisi iş vaxtının öyrənilməsi, əməliyyatlar üzrə standart vaxt normalarının müəyyən edilməsi, istehsalat göstəricilərinin təhlili, istehsal xətlərində iş bölgüsünün balanslaşdırılması və istehsal gücünün planlaşdırılması fəaliyyətlərini həyata keçirəcəkdir.
- Vəzifənin əsas məqsədi məhsuldarlığın artırılması, iş axınlarının optimallaşdırılması və ümumi istehsalat səmərəliliyinin yüksəldilməsinə dəstək olmaqdır.
Əsas vəzifə və öhdəliklər:
- Məhsullar üzrə iş vaxtı araşdırmalarını aparmaq və standart əməliyyat vaxtlarını müəyyən etmək;
- Standart Dəqiqə Dəyərlərini hesablamaq və yeniləmək;
- İstehsalat itkilərini, lazımsız hərəkətləri və gözləmə müddətlərini müəyyən etmək, onların aradan qaldırılması üçün təkliflər vermək;
- Səmərəliliyin artırılması məqsədilə iş axınlarının optimallaşdırılmasına və istehsal xətlərində iş bölgüsünün balanslaşdırılmasına dəstək göstərmək;
- Yeni məhsullar üzrə istehsal vaxtını müəyyən etmək, avadanlıq və işçi qüvvəsinin istehsal gücünü qiymətləndirmək, istehsal hədəflərinə uyğun resurs ehtiyaclarını təhlil etmək;
- İş yükü və işçi qüvvəsi üzrə təhlillər aparmaq, işçi ehtiyaclarını planlaşdırmaq, işçi çatışmazlığını və ya artıqlığını müəyyən etmək;
- Əmək xərclərini hesablamaq və istehsalat göstəricilərinin yaxşılaşdırılması üçün təkliflər vermək;
- İstehsalat üzrə iş təlimatlarını hazırlamaq və onların tətbiqinə nəzarət etmək;
- İstehsalat səmərəliliyinin və məhsuldarlığının artırılması məqsədilə davamlı təkmilləşdirmə təşəbbüslərində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Sənaye mühəndisliyi ixtisası üzrə bakalavr təhsili (universiteti yeni bitirmiş namizədlərin müraciətləri də təşviq olunur);
- Microsoft Excel proqramı üzrə yaxşı bilik və istifadə bacarığı;
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
- Riyazi hesablamalar aparmaq, məlumatları təhlil etmək və hesabatlar hazırlamaq bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İstehsalat mühitində effektiv işləmək bacarığı;
- İstehsalat sahəsində öyrənməyə və peşəkar inkişaf etməyə yüksək həvəs.
İş şəraiti:
- İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
- Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Junior Industrial Engineer
Role Synopsis:
- The Junior Industrial Engineer is responsible for conducting time studies, determining standard operation times, analysing production performance, and supporting line balancing and capacity planning activities. The position focuses on improving productivity, optimizing workflows, and enhancing overall production efficiency.
Key Accountabilities:
- Conduct time studies and determine standard operation times for products;
- Calculate and update Standard Minute Values (SMV);
- Identify production losses, unnecessary movements, and waiting times, and suggest improvements;
- Support workflow optimization and production line balancing to improve efficiency;
- Determine production times for new products, assess machine and workforce capacity, and analyse resource needs based on production targets;
- Perform workload and workforce analyses, plan manpower requirements, and identify workforce shortages or surpluses;
- Calculate labor costs and provide recommendations to improve production performance;
- Prepare production work instructions and monitor their implementation;
- Contribute to continuous improvement initiatives to increase production efficiency and productivity;
Required skills:
- Bachelor’s degree in industrial engineering (fresh graduates are encouraged to apply);
- Good proficiency in Microsoft Excel;
- Strong analytical thinking and problem-solving skills;
- Ability to conduct numerical calculations, analyse data, and prepare reports;
- Good communication and teamwork skills;
- Ability to work effectively in a production environment
- Strong willingness to learn and develop in a manufacturing environment.
Working Conditions:
- Location: 2 Sulh Str., Sumgait, Azerbaijan
- Shuttle service (from Ganjlik Metro Station) and lunch are provided.
Candidates meeting the below-stated criteria are requested to send their resumes/CVs to the e-mail address in the Apply for job button.