İş yeri: Sumqayıt, Sülh küçəsi 2.
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, sistem mühəndisliyi)
- Müvafiq sahədə minimum 3-4 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
- Bulud Sistemləri ( Azure Cloud, O365) üzrə biliklər.
- Server, Workstation və Şəbəkə avadanlıqları üzrə ümumi bilik və iş təcrübəsi;
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq və müstəqil şəkildə yerinə yetirmək bacarığı;
- Server/storage avadanlıqlarla işləmə bacarığı və idarə edilməsi
- Backup sisteminin idarə ediməsi (Veeam Backup);
- Windows Server üzrə biliklərin olması (AD, DNS, File Server, DFS, Radius Server, Terminal Services)
- Linux üzrə ilkin biliklər.
- Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
- Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
- Şəbəkə üzrə ilkin biliklər (IP, DNS kimi)
- IP telephony-ya üzrə biliklər (Free PBX, 3CX)
- İnformasiya təhlükəsizliyi prinsipləri haqqında ilkin biliklər;
Vəzifə öhdəlikləri:
- Şöbənin məsul işçisi tərəfindən ona həvalə olunan tapşırıqları icra etmək
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
- Windows Server və Linux əməliyyat sistemlərinin inzibatçılığı və yaranan çətinliklərin həlli;
- Bulud və Lokal informasiya sistemlərini, servislərinin dəstəklənməsi və inzibatçılıq işlərini yerinə yetirmək
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək
- Zərurət olduqda test serverlər yaratmaq və dəstəklənməsinə nəzarət etmək
- Serverlərin elektron arxivləşmə işini təşkil və nəzarət etmək
- Server avadanlıqlarının, virtual serverlərin, sistemlərinin texniki dəstəyini həyata keçirmək
- Elektron poçtun daimi işləməsini təmin etmək
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılmasında iştirak etmək
- Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak etmək
- İnformasiya sistemlərinin ehtiyat sürətlərinin çıxarılması, testi və bərpasına nəzarət etmək
CV-nizi və mövzu sətrində “Sistem İnzibatçısı” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.