Şirkət haqqında
“Global Builders and Realtors Unity” MMC, Azərbaycanın inşaat və daşınmaz əmlak sektorunu inkişaf etdirmək, yeniliklər gətirmək, beynəlxalq təcrübələrin öyrənilməsində köməklik göstərmək, daxili və xarici partnyorluqların qurulması və beynəlxalq şəbəkə sisteminin yaradılması məqsədi ilə qurulmuşdur. GBARU.com platforması həm ölkələrin öz daxilində, həm də ölkələrarası biznes partnyorluğu üçün qurulmuş bir platformadır. Bu platformada qeydiyyatdan keçməklə şirkətlər həm özlərini tanıtmaq, həm özəl satınalma elanları yerləşdirmək, həm də yerləşdirilmiş satınalma elanlarına öz təkliflərini verə bilərlər.
İş şəraiti:
- İş yeri: “Global Builders And Realtors Unity” MMC
- İş rejimi: I-V günlər 09:00- 18:00
- Əmək haqqı : Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.
İş haqqında:
- Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti
- Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan məsələləri həll etmək
- Potensial müştərilərin cəlb edilməsi, onlarla görüşlər keçirmək və onların təqibi
- Şirkətin korporativ xidmətinin tanıdılması və xidmətlər üzrə satışın həyata keçirilməsi.
- Müştərilərlə daimi əlaqədə olmaq və yeni təkliflərin verilməsi
- Müştərilərdən xidmətlərimiz barədə gələn sorğuların operativ şəkildə cavablandırılması və müştərilərin ətraflı şəkildə məlumatlandırılması
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik, aylıq hesabat vermək
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə təcrübə
- Biznes yönümlü təfəkkürə sahib
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək
- Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli
- Müştəriyönümlü satış etmə bacarığı
- Komandada işləmə qabiliyyətinə malik olmalı
- Detallara ciddi diqqət etmək
- Biznes proseslərini anlaya bilmək
- Problem həll etmə bacarıqları
- Yaxşı təqdimat bacarıqları
Uyğun və maraqlanan şəxslər CV-lərini “Korporativ Satış meneceri” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.