Global Interiors Group Global Interiors Group
  • 166

Global Interiors Group

Tikinti , Dizayn

Document Controller

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Document Controller

  • Deadline 26 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tikinti sektorunda fəaliyyət göstərən şirkətimizə ən azı 2 il tikinti sahəsində Dokument Kontrolleri təcrübəsi olan peşəkar namizəd axtarılır.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (ofis rejimi)
  • Əmək haqqı: 1500 – 2000 AZN (təcrübəyə əsasən)
  • Rəsmi əmək müqaviləsi
  • Stabil və peşəkar iş mühiti

Vəzifə öhdəlikləri: 

  • Tikinti layihələri üzrə bütün texniki və inzibati sənədlərin qəbulu, qeydiyyatı, təsnifatı və arxivləşməsi
  • Sənədlərin layihə tələblərinə və daxili prosedurlara uyğunluğuna nəzarət
  • Sənədlərin müvafiq şöbələr, podratçılar və nəzarət orqanları ilə vaxtında mübadiləsinin təmin edilməsi
  • Elektron və kağız daşıyıcılarda sənəd dövriyyəsinin düzgün aparılması
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Tikinti sektorunda Dokument Kontrolleri vəzifəsində minimum 2 il iş təcrübəsi
  • Tikinti sənədləri və layihə sənəd dövriyyəsi üzrə biliklər
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
  • Məsuliyyətli, diqqətli və sistemli iş bacarığı
  • Azərbaycan dili – sərbəst (rus və ya ingilis dili arzuolunandır)

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily42
  • Weekly349
  • Monthly2029