Global Management Global Management
  • 403

Global Management

Biznes , Peşəkar xidmətlər

Kibertəhlükəsizlik üzrə analitik (SOC-L1)

Kibertəhlükəsizlik üzrə analitik (SOC-L1)

  • Deadline 10 Mart 2026

İş barədə məlumat:

  • Təhlükəsizlik hadisələrinin ilkin monitorinqi: SIEM və digər monitorinq alətləri üzərindən daxil olan təhlükəsizlik bildirişlərinin gündəlik izlənilməsi və ilkin texniki yoxlanışı
  • Alarm və bildirişlərin triacı: EDR/XDR və digər təhlükəsizlik sistemlərindən gələn xəbərdarlıqların təsnifləndirilməsi, yalnış pozitivlərin ayırd edilməsi və risk səviyyəsinin ilkin qiymətləndirilməsi
  • İlkin insident cavabı: Sadə və standart təhlükəsizlik hadisələrində mövcud prosedurlara əsasən ilkin containment addımlarının icrası
  • Eskalasiya prosesi: Dərin texniki analiz tələb edən və ya risk səviyyəsi yüksək olan hadisələrin SOC L2/L3 və ya digər müvafiq komandalara yönləndirilməsi
  • Logların ilkin analizi: Windows, Linux və şəbəkə avadanlıqlarından toplanan logların əsas səviyyədə incələnməsi və şübhəli fəaliyyətlərin müəyyənləşdirilməsi
  • Hadisələrin sənədləşdirilməsi: Aşkarlanmış hadisələrin ticket sistemi üzərindən düzgün qeydiyyatı, görülən tədbirlərin və nəticələrin yazılması
  • Prosedurlara uyğun fəaliyyət: Mövcud təhlükəsizlik siyasətlərinə və əməliyyat təlimatlarına uyğun işləmək
  • Threat feed və bildirişlərin izlənməsi: Təhlükəsizlik komandası tərəfindən paylaşılan IOC siyahıları və xəbərdarlıqlara əsasən monitorinq qaydalarının tətbiqi

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya oxşar sahə üstünlükdür)
  • Kibertəhlükəsizlik və ya sistem/şəbəkə inzibatçılığı üzrə 0–1 il təcrübə və ya müvafiq təlimlərdə iştirak
  • SIEM sistemləri haqqında ümumi anlayış və təhlükəsizlik hadisələrinin monitorinqinə dair baza bilikləri
  • EDR/XDR həllərinin iş prinsipi barədə ilkin məlumat
  • Şəbəkə əsasları üzrə biliklər: TCP/IP, DNS, HTTP/HTTPS, SMTP və s.
  • Windows və Linux əməliyyat sistemləri üzrə baza istifadəçi və log anlayışı
  • Kibertəhlükəsizlik terminologiyası və ümumi hücum növləri barədə məlumat (phishing, brute force, malware və s.)
  • MITRE ATT&CK və ya oxşar frameworklər barədə ümumi tanışlıq üstünlükdür
  • Scripting dillərinə (Python, PowerShell və s.) maraq və ilkin anlayış üstünlükdür
  • Azərbaycan dili – səlis, ingilis dili – orta səviyyə, rus dili – üstünlükdür
  • Analitik düşünmə və detallara diqqət
  • Komandada işləmək və təlimatlara uyğun hərəkət etmək bacarığı
  • Stressli situasiyalarda operativ reaksiya vermək qabiliyyəti
  • Sənədləşdirmə və əsas hesabat yazma bacarıqları
  • Öyrənməyə açıq olmaq və yeni texnologiyalara maraq

Əməkhaqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily126
  • Weekly246
  • Monthly933