İş barədə məlumat:
- "Global Media Group" şirkətlər qrupuna daxil olan müəssisələrdə SƏTƏMM (Səhiyyə, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) proseslərinə ümumi nəzarətin olunması;
- Tərkibdəki şirkətlərin SƏTƏMM üzrə məsul şəxslərinin fəaliyyətinin koordinasiya edilməsi, işlərinə nəzarət olunması və müntəzəm monitorinqlərin keçirilməsi;
- SƏTƏMM sahəsi üzrə daxili qayda, təlimat və prosedur layihələrinin hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
- Risklərin qiymətləndirilməsi prosesində iştirak və önləyici tədbirlər planının hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
- Baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin araşdırılması, səbəblərinin təhlili və təkrar olunmaması üçün təkliflərin verilməsi;
- Rəhbərliyə SƏTƏMM üzrə dövri hesabatların hazırlanması və təqdim olunması.
Namizədə tələblər:
- Təhsil: Fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi, ekologiya və ya əlaqədar əsas (müvafiq) sahə üzrə ali təhsil mütləqdir;
- İş təcrübəsi: SƏTƏMM sahəsində minimum 2 il iş təcrübəsi;
- Xüsusi tələb: Hərbi sistemi, hərbi intizam və təhlükəsizlik qaydalarını bilən namizədlərə üstünlük veriləcəkdir;
- Sertifikatlar: SƏTƏMM üzrə beynəlxalq və ya daxili sertifikatların (NEBOSH, IOSH və s.) olması arzuolunandır;
- Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsi və əməyin mühafizəsi üzrə normativ-hüquqi aktları mükəmməl bilməli;
- Səriştələr: Yüksək təşkilatçılıq və analitik təhlil bacarığı, prinsipiallıq, nəzarətetmə və komanda ilə işləmə qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.