İş barədə məlumat:
İnsan resursları-Kargüzarlıq üzrə təcrübə qazanmaq istəyən və bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək arzusunda olan gəncləri ödənişli təcrübə proqramımıza dəvət edirik. Bu proqram iştirakçılara real iş mühitində təcrübə qazanmaq və peşəkar inkişaf üçün dəyərli imkanlar yaratmaq məqsədi daşıyır.
Məlumat:
- Proqram müddəti: 3-6 ay (full-time və ya part-time).
- İş qrafiki: Həftədə 5 gün, 9:00 - 18:00 (dəyişə bilər).
Təcrübə proqramında keçirilən mövzular:
- Əmək qanunvericiliyi;
- www.e-sosial.gov.az - portalı ilə tanışlıq;
- 1C proqram təminatı üzrə lazımi biliklər və praktik iş.
- Kargüzarlığa dair sənədlərlə praktiki iş;
- Sənədlərin dövriyyəsi, uçotu və təyinatı üzrə bilikləri və praktik iş;
- Daxil olan və xaric olan sənədlərin qeydiyyata alınması;
- İdarəetmə və təşkilat daxilində yazılı sənədlərin (məsələn, məktublar, protokollar, bəyanatlar, raportlar və s.) hazırlanması, yoxlanılması və təsdiq edilməsi.
- Elektron və ya kağız məlumatların arxivləşdirilməsi və qorunması.
- Daxil olan sənədlərin təyinatı üzrə qovluqlaşdırılması;
- İşə qəbul zamanı sənədləşmə prosesi;
- CV analizi;
- Namizədlərlə müsahibələrdə iştirak;
- Əmək haqqı kartlarının sifarişi;
- Arayışların, məktubların tərtibatı;
- İnsan resursları və kargüzarlığa aid MS Excell databazaları üzrə biliklər;
- Əmək kitabçalarının yazılması;
- İşçilərin iş qrafiki üzrə davamiyyət cədvəllərinin (proqram təminatı ilə) yoxlanılması;
- Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və s. hesablama qaydaları;
Namizədə tələblər:
Təcrübə proqramında namizədlərdən tələblər:
- Ali təhsil və sahə üzrə maraq
- Microsoft Office proqramlarında lazımi biliklər.
- Komanda işində fəal iştirak etmək və tətbiq etmə bacarığı.
- Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili bilikləri üstünlükdür.
- Səbirli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq.
Proqramın üstünlükləri:
- Ödənişli təcrübə: Peşəkar inkişafınızı təmin edərkən uğurlu nəticə sonrası əmək haqqı qazanma imkanı.
- Peşəkar təlim və mentorluq: Təcrübəli mütəxəssislərlə birbaşa əməkdaşlıq və təlimlər.
- Geniş karyera imkanları: Təcrübə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərin işlə təmin olunması ehtimalı yüksəkdir.
- Sertifikat: Təcrübə proqramını bitirdikdən sonra müvafiq sertifikat veriləcək.
- Geniş iş şəbəkəsi: Şirkət daxilində müxtəlif şöbələrdə tanışlıqlar və şəbəkə qurma imkanı.
Qeyd: Təcrübə proqramına müraciət edənlər yalnız seçilən namizədlərə cavab veriləcək. Əlavə məlumat və suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Gələcəyinizi qurmağa başlamaq üçün ilk addımınızı atın!