SEO Mütəxəssis

  • Deadline 25 Mart 2026

İş barədə məlumat:

  • Xəbər və xüsusi materialların SEO optimallaşdırılması və maksimum görünürlüğünün təmin edilməsi;
  • Redaksiyadan daxil olan kontentin operativ izlənilməsi və uyğun platformada yerləşdirilməsi;
  • Başlıq, alt başlıq, meta description və açar sözlərin SEO tələblərinə uyğun hazırlanması (AZ/RU);
  • YouTube və vebsayt üçün SEO optimallaşdırmasının həyata keçirilməsi;
  • Açar söz araşdırmasının aparılması və məzmunun hədəf auditoriyaya uyğunlaşdırılması;
  • Həftəlik və aylıq SEO hesabatlarının hazırlanması;
  • Trafik, baxış və izləyici artımının analiz edilməsi;
  • Rəqib platformaların SEO fəaliyyətinin monitorinqi;
  • Redaksiya və SMM komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, Media, Jurnalistika, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə üstünlükdür);
  • SEO sahəsində minimum 2 il iş təcrübəsi (media sahəsində təcrübə üstünlükdür);
  • Google Analytics, Google Search Console, YouTube Studio və digər analitika alətləri ilə işləmək bacarığı;
  • Açar söz araşdırması (keyword research) və semantik analiz üzrə praktiki təcrübə;
  • On-page və texniki SEO bilikləri;
  • YouTube SEO və rəqəmsal media optimallaşdırması üzrə təcrübə;
  • Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst yazı bacarığı (ingilis dili biliyi üstünlükdür);
  • Operativ işləmək və xəbər axınına sürətli adaptasiya bacarığı;
  • Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı;
  • Məsuliyyətlilik və yüksək diqqətlilik.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily116
  • Weekly487
  • Monthly2377