G Glolynx Azərbaycan MMC
  • 539

Glolynx Azərbaycan MMC

Mühəndislik

KSTTƏMM şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

KSTTƏMM şöbəsinin müdiri

  • Deadline 11 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizdə hazırda # KSTTƏMM şöbəsinin müdiri vakansiyası aktivdir!

Əgər siz KSTTƏMM sahəsində dərin bilik və təcrübəyə sahibsinizsə, komandamıza qoşulmaq üçün sizi müraciət etməyə dəvət edirik.

Əsas vəzifələr:

  • Müəssisənin Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf mühitin Mühafizəsi (STTƏMM) üzrə işlərinin vahid qaydada təşkilini təmin etmək, bu sahədə təşkilati-metodik rəhbərliyi həyata keçirmək;
  • Əmək şəraitinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planının hazırlanmasına rəhbərlik etmək və icrasına nəzarət etmək;
  • Müəssisənin Keyfiyyətə Nəzarət Siyasətinə əməl edilməsinə nəzarət etmək;
  • İstifadədə olan texniki qurğu və avadanlıqların standartlara uyğun sınaqdan keçirilməsinə nəzarət etmək;
  • STTƏMM siyasət və prosedurlarını nəzərdən keçirmək, təhlükə və risklərin qiymətləndirilməsini aparmaq, yeni nəzarət tədbirləri təklif etmək;
  • Qəza və hadisələrin təhqiqatlarına rəhbərlik etmək, qeydlərin aparılmasını təmin etmək, düzəldici tədbirlərin icrasını dəstəkləmək və “öyrənilmiş dərsləri” bütün işçilərə çatdırmaq;
  • Müəssisədə STTƏMM üzrə həvəsləndirici proqramların tətbiqi ilə bağlı təkliflər vermək.

Namizəddən gözləntilər:

  • Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və ya əlaqəli sahələr üzrə)
  • STTƏMM sahəsində minimum 3 il iş təcrübəsi (Neft-qaz sektorunda işləyənlərə üstünlük veriləcəkdir)
  • Beynəlxalq standartlar (ISO 45001, ISO 14001 və s.) üzrə biliklər
  • Güclü analitik bacarıqlar və risklərin qiymətləndirilməsi təcrübəsi
  • Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
  • Diqqətcil və analitik düşüncəli, hesabatlılıq və məxfilik prinsiplərinə ciddi riayət
  • Komanda ruhu və liderlik bacarıqları
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı arzuolunandır.

Müraciət üçün:
Zəhmət olmasa, mövzu hissəsində “KSTTƏMM şöbəsinin müdiri” qeyd etməklə CV-nizi
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

We currently have an active vacancy for the position of “Head of HSE&Q Department”.
If you have in-depth knowledge and experience in the HSE&Q field, we invite you to apply and join our team.

Key Responsibilities:

  • Ensure unified organization of the company’s Health, Safety, Environment & Quality (HSE&Q) processes and provide organizational and methodological leadership in this area
  • Lead the development of a comprehensive action plan to improve working conditions and monitor its implementation
  • Oversee compliance with the company’s Quality Control Policy
  • Supervise the testing of technical equipment and machinery to ensure compliance with standards
  • Review HSE&Q policies and procedures, conduct hazard and risk assessments, and propose new control measures
  • Lead investigations of incidents and accidents, ensure record keeping, support corrective actions, and communicate “lessons learned” to all employees
  • Propose initiatives for the implementation of incentive programs related to HSE&Q

Candidate Requirements:

  • Higher education (engineering, ecology, safety, or related fields)
  • Minimum 3 years of experience in the HSE&Q field (experience in the oil & gas sector is preferred)
  • Knowledge of international standards (ISO 45001, ISO 14001, etc.)
  • Strong analytical skills and experience in risk assessment
  • Proficiency in MS Office (especially Excel)
  • Attentive, analytical mindset with strict adherence to accountability and confidentiality principles
  • Strong leadership and teamwork skills
  • Fluency in Azerbaijani and English is desirable

How to Apply:

  • Please send your CV with “Head of HSE&Q Department” in the subject line to the e-mail address in the Apply for job button.
  • Daily88
  • Weekly619
  • Monthly1259