İş yeri: Bakı şəhəri və şirkətin həyata keçirdiyi layihə sahələri. İşin xüsusiyyətindən asılı olaraq digər layihələrə ezamiyyət nəzərdə tutula bilər.
İş rejimi: 6 günlük iş həftəsi, tam ştat.
Təminatlar:
- Nahar;
- Korporativ mobil nömrə.
Əməkhaqqı: Namizədin peşəkar bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Vəzifənin məqsədi
- GM Construction MMC tərəfindən həyata keçirilən premium otel, villa kompleksləri, yaşayış, ofis və kommersiya obyektləri üzrə fit-out və daxili tamamlama layihələrinin planlaşdırılmasına, təşkilinə və başlanğıcdan yekun təhvil-təslim mərhələsinədək idarə edilməsinə rəhbərlik etmək.
- Layihələrin təsdiq edilmiş büdcə, icra qrafiki, texniki spesifikasiyalar, yüksək keyfiyyət standartları və əməyin təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
Layihələrin planlaşdırılması və idarə edilməsi
- İrihəcmli premium otel, villa və digər təyinatlı obyektlərdə fit-out işlərinin bütün mərhələlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
- Layihənin təsdiq edilmiş memarlıq, interyer dizaynı, konstruktiv və mühəndislik sənədlərini təhlil etmək, iş həcmlərini və icra strategiyasını müəyyənləşdirmək;
- Layihə üzrə əsas və mərhələli iş qrafiklərini, resurs və material təminatı planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Paralel icra olunan müxtəlif bina, villa və funksional zonalar üzrə işlərin ardıcıllığını, prioritetlərini və koordinasiyasını təmin etmək;
- Layihənin kritik mərhələlərini, gecikmə risklərini və qarşılıqlı asılılıqları müəyyənləşdirmək, zərurət olduqda bərpa planları hazırlamaq.
Fit-out və daxili tamamlama işlərinin texniki idarə edilməsi
- Alçıpan arakəsmələr, asma tavanlar, suvaq, boya, dekorativ üzlüklər, mərmər, qranit, təbii daş, keramika, parket və digər döşəmə örtükləri, şüşə və metal konstruksiyalar, qapılar, taxta və MDF elementləri, xüsusi sifarişli mebel və digər daxili tamamlama işlərinin icrasına nəzarət etmək;
- Premium interyer layihələrində materialların, montaj texnologiyalarının və icra keyfiyyətinin təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunu təmin etmək;
- İşçi çertyojları (Shop Drawings), texniki spesifikasiyaları, material nümunələrini və təsdiq sənədlərini yoxlamaq;
- İcra zamanı yaranan texniki uyğunsuzluqları layihəçi, dizayner, sifarişçi və aidiyyəti mühəndislərlə koordinasiya edərək həll etmək;
- Təsdiq edilmiş nümunə sahələrin (Mock-up) və etalon otaqların keyfiyyət standartlarına uyğun hazırlanmasını və sonrakı işlərdə həmin standartların tətbiqini təmin etmək.
MEP və digər mühəndislik sistemləri ilə koordinasiya
- Fit-out işlərinin HVAC, elektrik, santexnika, yanğın təhlükəsizliyi, zəif axın və digər mühəndislik sistemləri ilə koordinasiyasını təmin etmək;
- Memarlıq, interyer və MEP layihələri arasındakı uyğunsuzluqları müəyyənləşdirmək, onların icradan əvvəl aradan qaldırılmasını təşkil etmək;
- Tavan, divar və döşəmə konstruksiyalarının bağlanmasından əvvəl gizli mühəndislik işlərinin, tələb olunan sınaqların və inspeksiyaların tamamlanmasını təmin etmək;
- Mühəndislik sistemlərinin daxili tamamlama elementləri ilə texniki və estetik uyğunluğuna nəzarət etmək.
Komanda və subpodratçıların idarə edilməsi
- Layihə mühəndisləri, sahə rəisləri, iş icraçıları, ustalar, ixtisaslaşmış briqadalar və subpodratçıların fəaliyyətini idarə etmək;
- Müxtəlif obyektlər və iş zonaları üzrə resurs bölgüsünü və gündəlik işlərin koordinasiyasını təşkil etmək;
- Subpodratçıların iş qrafiklərinə, müqavilə öhdəliklərinə, məhsuldarlığına və keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Gündəlik və həftəlik koordinasiya iclaslarını təşkil etmək, icra prosesində yaranan problemlərin operativ həllini təmin etmək.
Büdcə, iş həcmləri və xərclərə nəzarət
- Layihənin təsdiq edilmiş büdcəsinin icrasına nəzarət etmək, faktiki xərcləri planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
- İş həcmləri cədvəllərini (BOQ), smeta sənədlərini, subpodratçıların təqdim etdiyi görülmüş iş həcmlərini və ödəniş sənədlərini yoxlamaq;
- Forma-2 və digər icra-ödəniş sənədlərinin hazırlanması və təsdiqi prosesini aidiyyəti şöbələrlə koordinasiya etmək;
- Əlavə işləri, layihə dəyişikliklərini (Variations / Change Orders) və onların büdcə və icra müddətinə təsirini qiymətləndirmək;
- Material, işçi qüvvəsi və digər resurslardan səmərəli istifadəni təmin etməklə layihə xərclərinin optimallaşdırılmasına nail olmaq.
Material təchizatı və satınalma prosesləri
- Premium fit-out layihələrində istifadə edilən yerli və idxal materiallarının texniki göstəricilərini, spesifikasiyalarını və keyfiyyət tələblərini yoxlamaq;
- Material nümunələrinin (Material Samples) və texniki təqdimatların (Material Submittals) təsdiq prosesini koordinasiya etmək;
- Xüsusi sifarişlə hazırlanan interyer elementləri, mebel, qapı, daş və dekorativ materiallar üzrə istehsal və çatdırılma qrafiklərinə nəzarət etmək;
- Uzun tədarük müddətli materialların (Long-lead Items) layihə qrafikinə təsirini əvvəlcədən qiymətləndirmək və gecikmələrin qarşısını almaq;
- Təchizatçı, istehsalçı və montaj komandaları arasında koordinasiyanı təmin etmək.
Keyfiyyətə nəzarət və SƏTƏM
- Bütün fit-out işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
- QA/QC və SƏTƏM mütəxəssisləri ilə birlikdə yoxlama, inspeksiya və uyğunsuzluqların aradan qaldırılması proseslərini koordinasiya etmək;
- Premium interyerlərdə səthlərin, birləşmələrin, montaj detallarının, rəng və tekstura uyğunluğunun tələb olunan keyfiyyət səviyyəsində olmasına nəzarət etmək;
- Qüsurların, təkrar işlərin və material itkilərinin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
- İşlərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
Sifarişçi, layihəçi və digər tərəflərlə koordinasiya
- Sifarişçi, memar, interyer dizayneri, baş podratçı, subpodratçı və texniki nəzarət nümayəndələri ilə işgüzar əlaqələri idarə etmək;
- Texniki koordinasiya iclaslarında iştirak etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
- Texniki sorğuların (RFI), layihə dəyişikliklərinin, material və çertyoj təsdiqlərinin vaxtında tamamlanmasını təmin etmək;
- Layihə üzrə kritik texniki və təşkilati məsələləri rəhbərliyə vaxtında təqdim etmək və həll yolları təklif etmək.
Hesabatlılıq və layihənin təhvil-təslimi
- Layihənin icra vəziyyəti, qrafikdən kənarlaşmalar, büdcə, material təminatı, risklər və subpodratçıların fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq;
- Görülmüş işlərin qəbulunu, qüsurlar siyahısının (Snag List) hazırlanmasını və qüsurların aradan qaldırılmasını təşkil etmək;
- Faktiki icra çertyojlarının (As-built), istismar və texniki xidmət sənədlərinin (O&M Manuals), zəmanət və digər təhvil sənədlərinin hazırlanmasını təmin etmək;
- Otaqların, villaların və funksional zonaların mərhələli təhvil planını hazırlamaq, etalon nümunələrə uyğun yekun keyfiyyət yoxlamalarını və sifarişçiyə təhvil-təslim prosesini təşkil etmək.
Tələblər
- İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 8 il, o cümlədən fit-out layihələrinin idarə edilməsində ən azı 5 il praktiki təcrübə;
- Premium otel, villa, yüksək səviyyəli yaşayış, ofis və ya kommersiya obyektlərində fit-out işlərinin idarə edilməsi üzrə uğurlu layihə təcrübəsi;
- Ən azı bir irihəcmli fit-out layihəsini başlanğıcdan yekun təhvil-təslim mərhələsinədək müstəqil idarə etmiş olmaq;
- Daxili tamamlama materialları, premium interyer həlləri və montaj texnologiyaları üzrə dərin praktiki bilik;
- Memarlıq, interyer dizaynı, konstruktiv və MEP çertyojlarını sərbəst oxumaq və təhlil etmək bacarığı;
- Layihə qrafiklərinin hazırlanması, büdcə və xərclərin idarə olunması, subpodratçıların koordinasiyası üzrə praktiki təcrübə;
- AutoCAD, MS Office və MS Project proqramları ilə işləmək bacarığı; Primavera P6 proqramı üzrə bilik və təcrübə üstünlükdür;
- BOQ, Forma-2, Shop Drawings, Material Submittals, RFI və digər texniki sənədləşmə prosesləri üzrə bilik və təcrübə;
- Güclü liderlik, təşkilatçılıq, danışıqlar aparma və operativ qərarvermə bacarıqları;
- Azərbaycan dilində sərbəst ünsiyyət; ingilis və/və ya rus dili biliyi üstünlükdür.
Üstünlük veriləcək namizədlər:
- Beynəlxalq otel şəbəkələri, premium villa kompleksləri, yüksək səviyyəli yaşayış, ofis və kommersiya obyektlərində irihəcmli fit-out layihələrinin idarə edilməsi üzrə praktiki təcrübəyə malik, mürəkkəb interyer həlləri və yüksək keyfiyyət standartları ilə işləmiş mütəxəssislər.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən Azərbaycan və ya ingilis dilində hazırlanmış CV-lərini “Müraciət et” düyməsi vasitəsilə müvafiq formanı dolduraraq göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.