GM Construction GM Construction
  • 153

GM Construction

Tikinti , Bina tikintisi

İş icraçısı (tikinti üzrə)

  • Deadline 14 Oktyabr 2026

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində gündəlik işlərin təşkilini və icrasını təmin edir;
  • Təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və digər texniki sənədlər əsasında işlərin yerinə yetirilməsini təşkil edir;
  • İşlərin müəyyən edilmiş qrafikə uyğun aparılmasına nəzarət edir və gecikmələrin qarşısının alınması üçün tədbirlər görür;
  • İşçi qüvvəsinin sahə üzrə düzgün bölüşdürülməsini və işçilərin işlə təmin olunmasını təşkil edir;
  • İşçilərə görüləcək işlərin ardıcıllığı və icra qaydaları barədə tapşırıqlar verir;
  • Gündəlik görüləcək işlərin planlaşdırılmasını həyata keçirir və nəticələrini nəzarətdə saxlayır;
  • Tikinti sahəsində işlərin texnoloji ardıcıllığının və müəyyən edilmiş standartlara uyğun aparılmasını təmin edir;
  • İcra olunan işlərin keyfiyyətinə ilkin operativ nəzarət edir;
  • Aşkar edilmiş keyfiyyət problemləri, uyğunsuzluqlar və texniki çatışmazlıqlar barədə rəhbərliyə məlumat verir və onların aradan qaldırılmasını təşkil edir;
  • Tikinti materiallarının, konstruksiyaların və digər resursların sahəyə vaxtında çatdırılmasını və düzgün istifadəsini koordinasiya edir;
  • Materialların və avadanlıqların normativlərə və təyinatına uyğun istifadəsinə nəzarət edir;
  • İşlərin icrası üçün tələb olunan texnika və mexanizmlərdən səmərəli istifadəni təşkil edir;
  • Texnika və avadanlıqların iş prosesində təhlükəsiz və təyinatına uyğun istifadəsinə nəzarət edir;
  • Sahədə görülən işlərin faktiki vəziyyətini gündəlik izləyir və rəhbərliyə məlumat təqdim edir.
  • İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemlərin müəyyən edilməsində və həllində iştirak edir.
  • Podratçı və subpodratçı işçilərin sahədə fəaliyyətinin koordinasiyasında iştirak edir.
  • Görülmüş işlərin həcmləri barədə məlumatların düzgün və vaxtında təqdim edilməsini təmin edir.
  • Tikinti sahəsində işçi qüvvəsi, material, texnika və iş həcmləri üzrə faktiki məlumatları toplayır və aidiyyəti şəxslərə təqdim edir.
  • İş yerinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin edir;
  • İşlərin icrası zamanı əmək resurslarından səmərəli istifadəni təmin edir;
  • İşlərin təhvil-təslim prosesində iştirak edir və tələb olunan məlumat və sənədlərin hazırlanmasına kömək edir;
  • Səlahiyyətləri çərçivəsində müəssisənin digər struktur bölmələrinin əməkdaşları ilə işgüzar əlaqələr qurur;
  • Müəssisənin əmlakının, materiallarının, avadanlıqlarının və digər resurslarının qorunmasına nəzarət edir;
  • Müəssisənin daxili prosedur və qaydalarına uyğun olaraq digər tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 35-55;
  • Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
  • Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
  • Məsuliyyətli;
  • İdarəetmə bacarığı;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 6 günlük;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı razılaşma əsasında.

Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly139
  • Monthly1236