Vəzifə öhdəlikləri
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
- MEP layihəsinin hazırlanması;
- Layihə üzrə iş həcmlərinin çıxarılmasr;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak;
- AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması;
- Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi;
- Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli;
- Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması;
- Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş;
- Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;
- Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi;
- Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;
- Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir;
- Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması;
- Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;
- Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.
Tələblər
- Yaş həddi: 30 – 50;
- Mühəndislik ixtisası üzrə ali təhsil (mexanika və ya elektrik)
- Müvafiq vəzifə üzrə fasiləsiz azı 5 il iş təcrübəsi (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS Office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
- Azərbaycan dili əla səviyyədə bilməli (əcnəbi dil biliyi üstünlükdür);
- Məsuliyyətlilik və punktuallıq;
- Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
- Komandada işləmək bacarığı.
İş şəraiti və təminat
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr 189 (Baku City Residence);
- İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
- Nahar yeməyi;
- Korporativ nömrə;
- Əmək haqqı: müsahibə əsasında (2000 - 2500 AZN).
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız Azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.