Vəzifə öhdəlikləri:
- Sahə rəisinin tapşırığı əsasında tikintidə istifadə olunacaq tikinti materiallarının sifarişini edir, mütəmadi anbar qalığını yoxlayır;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısınıa almaq;
- Tikinti sahəsindən tələb olunan texniki və material hesabatlarının müəyyən edilmiş qaydada baş ofisə təqdim edilməsini təmin ertmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına Primavera proqramı üzərindən nəzarət olunması
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək
- Tikinti sahəsi üzrə Forma 2 və Forma 3-lərin tərtibatı;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
- Qiymətləndirmə üçün hesabatların aparılması.
Tələblər:
- Cins: kişi;
- Yaş həddi: 25 – 40;
- Ali təhsil: Mühəndis ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– üstünlükdür;
- Kompüter bacarıqları: MS Office, Primavera, AutoCAD;
- İş həcmlərinin hesablanmasını bilmək;
- Ofisdəki texniki heyətlə sahənin mühəndis heyəti arasında koordinasiyanı təşkil etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Şuşa şəhəri;
- Yaşayış, qidalanma, yol xərci və korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək;
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin Müraciət Et düyməsində göstərilən elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.