Vəzifə öhdəlikləri
· Klubun üzvlük paketlərini və əlavə xidmətlərini potensial müştərilərə təqdim etmək;
· Müştərilərin ehtiyaclarını müəyyən etmək, uyğun üzvlük təklifləri hazırlamaq;
· Daxil olan müraciətləri izləmək, potensial müştərilərlə əlaqə saxlamaq və klub turu təşkil etmək;
· Satış prosesini, müqavilələrin rəsmiləşdirilməsini və üzvlüyün aktivləşdirilməsini koordinasiya etmək;
· Mövcud üzvlərlə əlaqə saxlayaraq üzvlüyün yenilənməsi və müştəri məmnuniyyətini dəstəkləmək;
· Satış göstəricilərini izləmək, CRM sistemini yeniləmək və hesabatlar hazırlamaq.
Namizədə tələblər
· Satış və ya müştəri xidməti sahəsində müvafiq iş təcrübəsi;
· Danışıqlar aparmaq, təqdimat və satış bacarıqları;
· CRM və MS Office proqramlarından istifadə bacarığı üstünlükdür;
· Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;
· Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
· Peşəkar və dinamik iş mühiti;
· İnkişaf və təlim imkanları;
· Stabil və uzunmüddətli əməkdaşlıq.
İş şərtləri
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.