Gold Bridge Motors Gold Bridge Motors
  • 287

Satış Təmsilçisi - SMM

  • Истекает 25 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Gold Bridge Motors

Vəzifə öhdəlikləri:

  • Müştəriləri qarşılamaq və onlara peşəkar satış xidməti göstərmək
  • Avtomobillərin real və onlayn təqdimatı və satış prosesini həyata keçirmək
  • Müştərilərin tələblərinə uyğun avtomobil seçimini təklif etmək
  • Mövcud kampaniyalar və şərtlər barədə ətraflı məlumat vermək
  • Satış sonrası müştəri məmnuniyyətini təmin etmək
  • Satış planını icra etmək və aylıq hədəflərə çatmaq
  • Şirkətin sosial media platformalarının idarə olunması
  • Kontent planının hazırlanması və icrası
  • Post, story, reels və reklam məzmunlarının hazırlanması
  • Sosial media statistikalarının analizi və hesabatların hazırlanması
  • Şirkətin tanıdılması və satışın artırılması
  • Maşınların satışına dəstək verən marketinq yanaşmalarının tətbiqi

Tələblər:

  • Yüksək ünsiyyət və təqdimat bacarıqları
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq
  • Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili bilikləri üstünlükdür)
  • Avtomobil satışı sahəsində təcrübə üstünlükdür
  • SMM sahəsində təcrübə olmalıdır  
  • Yaş: 25 yaş üstü

Şərtlər:

  • Rəsmi əmək müqaviləsi
  • Sabit əmək haqqı + bonus sistemi
  • İş qrafiki: 6 günlük iş rejimi  (iş saatlarını seçə bilər: 09:30-18:30 və ya 10:00-19:00)
  • Yaş: 25 yaş üstü (mütləqdir) 
  • İş yeri: Gold Bridge Motors MMC (Babək prospekti, Monte Karlo Şadlıq Sarayı 1-ci mərtəbə)

Qazanc imkanları: Qazancınız birbaşa nəticələrinizdən asılıdır. Satışda uğurlu olduqda ayda 1000–2000 AZN və daha yüksək gəlir əldə etmək tamamilə mümkündür! 

Müraciət üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Başlıqda “Satış Təmsilçisi - SMM” qeyd etməyiniz xahiş olunur.

  • Daily100
  • Weekly471
  • Monthly2361