İş yeri: Gold Bridge Motors
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq və onlara peşəkar satış xidməti göstərmək
- Avtomobillərin real və onlayn təqdimatı və satış prosesini həyata keçirmək
- Müştərilərin tələblərinə uyğun avtomobil seçimini təklif etmək
- Mövcud kampaniyalar və şərtlər barədə ətraflı məlumat vermək
- Satış sonrası müştəri məmnuniyyətini təmin etmək
- Satış planını icra etmək və aylıq hədəflərə çatmaq
- Şirkətin sosial media platformalarının idarə olunması
- Kontent planının hazırlanması və icrası
- Post, story, reels və reklam məzmunlarının hazırlanması
- Sosial media statistikalarının analizi və hesabatların hazırlanması
- Şirkətin tanıdılması və satışın artırılması
- Maşınların satışına dəstək verən marketinq yanaşmalarının tətbiqi
Tələblər:
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq
- Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili bilikləri üstünlükdür)
- Avtomobil satışı sahəsində təcrübə üstünlükdür
- SMM sahəsində təcrübə olmalıdır
- Yaş: 25 yaş üstü
Şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Sabit əmək haqqı + bonus sistemi
- İş qrafiki: 6 günlük iş rejimi (iş saatlarını seçə bilər: 09:30-18:30 və ya 10:00-19:00)
- Yaş: 25 yaş üstü (mütləqdir)
- İş yeri: Gold Bridge Motors MMC (Babək prospekti, Monte Karlo Şadlıq Sarayı 1-ci mərtəbə)
Qazanc imkanları: Qazancınız birbaşa nəticələrinizdən asılıdır. Satışda uğurlu olduqda ayda 1000–2000 AZN və daha yüksək gəlir əldə etmək tamamilə mümkündür!
Müraciət üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Başlıqda “Satış Təmsilçisi - SMM” qeyd etməyiniz xahiş olunur.