Golden Pay Golden Pay
  • 501

Golden Pay

İKT

Aparıcı inkassator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı inkassator

  • Deadline 29 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; Biznes, maliyyə və ya əlaqəli sahə üzrə üstünlük
  • İş təcrübəsi: Terminal inkassasiyası və ya müvafiq sahədə ən azı 2-4 il təcrübə
  • Azərbaycan dili: səlis (yazı və danışıq); Rus və İngilis dil biliyi  əlavə üstünlükdür.
  • MS Office (Excel, Word), PowerPoint proqramları üzrə yüksək səviyyədə biliklər; 
  • Məlumatları təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığı.
  • Güclü rəhbərlik və komanda idarəetmə bacarıqları.
  • Problem həll etmə: Problemləri müəyyənləşdirmək və effektiv həll yolları tapmaq bacarığı
  • Yüksək təşkilatçılıq qabiliyyəti və prioritetləri düzgün müəyyən etmək bacarığı.
  • Məlumatların toplanması və təşkil olunması prosesini səmərəli şəkildə yerinə yetirmək.

Vəzifə öhdəlikləri: 

  • İnkassator komandalarını idarə etmək və gündəlik fəaliyyətləri koordinasiya etmək. 
  • Komanda üzvlərinin tapşırıqlarını müəyyənləşdirmək və onların yerinə yetirilməsini izləmək.
  • Terminaldan pul yığımı proseslərinin düzgün və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək.
  • Əşyaların(açar,kaset,çek) təhvil-təslimi zamanı müvafiq sənədlərin imzalanmasını təmin etmək
  • Yığılmış pulların düzgün hesablanması, saxlanması və ofisə təhvil verilməsi ilə bağlı əməliyyatları nəzarətdə saxlamaq..
  • Hər bölgə üçün təhvil-təslim proseslərini idarə etmək və vaxtında həyata keçirilməsini təmin etmək.
  • İnkassatorlar hər hansı nasazlıq və ya pozuntu ilə üzləşdikdə müvafiq tədbirlər görmək və rəhbərliyə məlumat vermək.
  • Hər hansı risklərin və təhlükələrin qarşısını almaq üçün tədbirlər görmək və məlumatlandırmaq.
  • Hər bir terminalın düzgün işləməsi üçün müvafiq yoxlamalar aparmaq.
  • Terminalda hər hansı texniki problemlər və ya nasazlıqlar haqda məlumatı monitorinq qrupundan alaraq texniki dəstək komandasına yönəltmək.
  • Açarların düzgün mühafizəsi və yalnız səlahiyyətli şəxslərə verilməsi təmin etmək. Açarların hər hansı zərər görməsi halında müvafiq tədbirlər görmək və rəhbərə məlumat vermək.
  • Təhvil-təslim edilən hər bir əşya (açar, çek, kaset) barədə müvafiq sənədləri hazırlamaq və qeydiyyatını aparmaq..Təhvil-təslim prosesinə dair hər hansı qeyri-adi vəziyyət və ya problemə dair raport hazırlamaq. Həftəlik və ya aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.
  • Terminaldan pul yığımı zamanı heç bir çatışmazlıq və ya nasazlıq olmaması üçün müvafiq təhlil və yoxlama aparmaq.
  • Terminal icarədarları ilə bağlanmış icarə müqavilələrinin şərtlərini izləmək və hər iki tərəfin hüquq və öhdəliklərini təmin etmək. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq ödənişlərin düzgünlüyünü və vaxtında yerinə yetirilməsini nəzarətdə saxlamaq.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et butonunda qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly176
  • Monthly921