Golden Pay Golden Pay
  • 426

Golden Pay

İKT

Baş hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş hüquqşünas

  • Deadline 21 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali (Müvafiq sahə üzrə); 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən artıq (Bank sahəsində iş təcrübəsi üstünlükdür);  
  • Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili - yaxşı, Rus dili - arzuolunandır;   
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Normativ hüquqi aktlar haqqında” qanunları üzrə biliklər; 
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktları haqqında biliklər;  
  • Azərbaycan Respublikasının mülki, bank, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsasları haqqında biliklər;  
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Cəmiyyətin qanuni maraqlarının qorunmasını öz səlahiyyətləri daxilində təmin etmək; 
  • Bölümün üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin yerinə yetirilməsi üçün lazımi hüquqi təminatı həyata keçirmək; 
  • Etibarnamə əsasında dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında, habelə məhkəmələrdə və mediasiya təşkilatlarında Cəmiyyətin maraqlarını təmsil etmək və qanuni mənafelərini müdafiə etmək;
  • Məhkəmədə iddia qaldırılması ilə bağlı zəruri sənədləri toplamaq, onların təhlilini aparıb aidiyyəti məhkəməyə təqdim etmək; 
  • Bölümün fəaliyyəti ilə bağlı olan Cəmiyyətdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Gündəlik olaraq qanunvericilikdə dəyişiklikləri izləmək və Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid dəyişikliklər barədə Cəmiyyətin müvafiq struktur bölmələrini məlumatlandırmaq;
  • Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq;
  • Cəmiyyətin idarəetmə orqanlarının qərar layihələrinin hazırlanmasında iştirak etmək, onların reyestrinin aparılmasını təmin etmək;
  • Təssərufat müqavilələri üzrə hüquqi ekspertizanı həyata keçirmək, Cəmiyyətin tərəf olduğu digər müqavilələrə dair rəy və fikir bildirmək;
  • Cəmiyyətin göstərdiyi xidmətlər üzrə müqavilə və digər əqdlərin hazırlanmasını təmin etmək;
  • Bölümün fəaliyyət istiqamətləri çərçivəsində Cəmiyyətin struktur bölmələri tərəfindən verilən sorğuları cavablandırmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayət layihələrinin hazırlanması. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily83
  • Weekly530
  • Monthly1783