Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq), Rus dili: arzuolunandır;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- Bazar üzrə biliklər: Kredit və məlumat mərkəzi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi;
- Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi;
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zənglərinin edilməsinə nəzarət etmək və gecikmədə olan məbləğlərin geri yığımına nail olmaq;
- Müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
- Öz səlahiyyətləri daxilində müştərilərin məsələlərinin (münaqişə vəziyyətlərinin) həll edilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 30.12.2024
Müraciət etmək üçün, CV-nizi qeyd edilmiş elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.