Golden Pay Golden Pay
  • 889

Golden Pay

İKT

Büdcə Planlaşdırılması və Xərclərə Nəzarət üzrə Aparıcı Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Büdcə Planlaşdırılması və Xərclərə Nəzarət üzrə Aparıcı Mütəxəssis

  • Deadline 27 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali (maliyyə və ya iqtisad arzuolunandır); 
  • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
  • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • MS Office proqramlarından (MS Excel, Power Point), 1C üzrə biliklər üstünlükdür;
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  
  • Maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri: 

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında, yenidən proqnozlaşdırmada iştirak etmək; 
  • Büdcə modelinə uyğun olaraq balans, mənfəət-zərər və nağd pulun hərəkəti hesabat üzrə proqnozlarının hazırlamaq;
  • Büdcənin tərtibi və onun icrası, habelə hesabatlılıq üzrə digər işləri görmək;
  • Ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
  • Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
  • Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly462
  • Monthly466