Vakansiyanın tələbləri:
- Təhsil: Ali (maliyyə və ya iqtisad arzuolunandır);
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
- Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- MS Office proqramlarından (MS Excel, Power Point), 1C üzrə biliklər üstünlükdür;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- Maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında, yenidən proqnozlaşdırmada iştirak etmək;
- Büdcə modelinə uyğun olaraq balans, mənfəət-zərər və nağd pulun hərəkəti hesabat üzrə proqnozlarının hazırlamaq;
- Büdcənin tərtibi və onun icrası, habelə hesabatlılıq üzrə digər işləri görmək;
- Ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
- Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
- Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
- İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.