Vakansiyanın tələbləri:
- Təhsil: Ali (İqtisadiyyat, Hüquq);
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 il;
- Analitik düşüncə tərzi və problem həll etmə bacarığı olan;
- Azərbaycan dili: səlis (yazı və danışıq); Ingilis dili – yaxşı;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
- İT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
- CAMS və s. beynəlxaql sertifikatların olması üstünlükdür;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə əsasən müştəri uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
- Qeydi-adi və şübhəli əməliyyatların aşkar edilməsi və araşdırılması;
- Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
- Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmələrin təhlili;
- Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
- FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək;
- Bölmənin fəaliyyəti ilə bağlı olaraq digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsi, onlardan daxil olan sorğuların araşdırılması və müvafiq rəylərin verilməsi;
- ƏL/TMM sahəsinə dair mövcud prosedur və qaydalara əlavə və dəyişikliklərin edilməsində, həmçinin, yenilərinin yazılmasında iştirak etmək;
- ƏL/TMM sahəsində risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et butonunda qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.