Golden Pay Golden Pay
  • 613

Golden Pay

İKT

Əməliyyat Riskləri üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat Riskləri üzrə mütəxəssis

  • Deadline 31 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali (Maliyyə, İqtisadiyyat və müvafiq sahələrdə); 
  • İş təcrübəsi: müvafiq sahə üzrə ən az 1 -2 il;  
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  
  • Risklərin idarə edilməsi üzrə proqram və alətlərlə işləmə təcrübəsi (məsələn, Excel, Python, SQL);   
  • Risk modellərinin və metodologiyalarının tətbiqi üzrə bilik; 
  • Analitik düşüncə; 
  • Dəqiqlik və detallara diqqət yetirmə qabiliyyəti; 
  • Kompleks məsələlərə yaradıcı yanaşma qabiliyyəti. 

Vəzifə öhdəlikləri: 

  • Əməliyyat proseslərindəki risk mənbələrini müəyyənləşdirmək və qiymətləndirmək.
  • Risklərin təsir və ehtimallarını analiz edərək prioritetləri müəyyənləşdirmək.
  • Risklərin təhlili üçün metodologiyalar və alətlər tətbiq etmək;  
  • Əməliyyat proseslərinin xəritələndirilməsi və mövcud çatışmazlıqların müəyyən edilməsi.
  • Proses risklərinin azaldılması üçün effektiv nəzarət tədbirləri təklif etmək.
  • Prosesləri avtomatlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə uyğun texnologiyaları tətbiq etmək; 
  • Əməliyyat riskləri üzrə əsas göstəriciləri  izləmək və müntəzəm hesabatlar hazırlamaq; 
  • Risk hadisələrinin qeydiyyatını aparmaq və uyğun həllər üçün təkliflər hazırlamaq; 
  • Əməliyyat risklərinin idarə olunması üçün siyasət və prosedurlar hazırlamaq və yeniləmək; 
  • Bütün strukturlar arasında əməliyyat risklərinin idarə olunması üzrə koordinasiya təmin etmək. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 30.12.2024 

Müraciət etmək üçün, CV-nizi qeyd edilmiş email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly178
  • Monthly1831