Vakansiyanın tələbləri:
- Təhsil: İqtisadiyyat, Maliyyə, Biznes İdarəetməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1il iş təcrübəsi;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı səviyyədə biliklər;
- Analitik və hesabat bacarıqları;
- Kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Tərəfdaşlar, partnyorlar, agentlər və klirinq əməliyyatları üzrə məlumatların ilkin uyğunluq prosesində iştirak etmək, uyğunsuzluqları aşkar edərək, məlumatların düzgünlüyünü təmin etmək üçün müvafiq düzəlişlər etmək;
- Standart hesabatlar üçün məlumatların hazırlanması və yoxlanılmasını təmin etmək, məlumatların düzgün toplanması, təhlil edilməsi və müvafiq hesabat formatlarına uyğun hazırlanması. Hazırlanan məlumatların dəqiqliyini yoxlamaq və hər hansı uyğunsuzluqları aradan qaldırmaq;
- Əməliyyatlarda yaranan səhvlərin aşkarlanması, onların təhlil edilməsi və təlimatlar üzrə müvafiq düzəlişlərin edilməsi. Səhvlərin səbəblərinin müəyyənləşdirilməsi və əməliyyatların düzgünlüyünü təmin etmək üçün zəruri tədbirlərin görülməsi;
- Əməkdaşların və menecerlərin verdiyi tapşırıqların vaxtında, düzgün və effektiv şəkildə yerinə yetirilməsi, tapşırıqların icrası üçün lazımi resursların və məlumatların təmin edilməsi. Həmçinin, tapşırıqların icrası zamanı hər hansı problemlərin qarşısını almaq və zəruri düzəlişləri etmək;
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.