Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- UX/UI dizayner kimi minimum 3il iş təcrübəsi;
- UX dizayn prinsiplərini yüksək səviyyədə bilmək;
- İnterfeys dizayn üzrə yüksək səviyyədə bilik;
- Figma və FigJam alətləri ilə iş üzrə yüksək səviyyədə bilik və təcrübə;
- UI Kit, Dizayn sistemi ilə işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üçün texniki təsvirlərə və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi;
- Şirkətin internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
- UX/Uİ üzrə araşdırmalarının aparılması,istifadəçi araşdırmalarının aparılması və maraqlı tərəflər, “Persona” və “Empathy Map” hazırlanması;
- "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
- Wireframe-lərin, prototiplərin və mock-up-ların hazırlanması;
- Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq;
- Bazarda rəqabətqabiliyyətli məhsulların təhlilinin aparılması;
- Məhsul keyfiyyətinin artırılması və təmini üçün proqramçı heyət ilə aktiv əməkdaşlıq;
- İstifadəçi interfeys dizaynlarının hazırlanması (IOS,Android,Web);
- UI prototiplərini hazırlanması və müştəri ehtiyaclarını, tələblərini müəyyən etmək üçün istifadəçilərlə görüşlərinin keçirilməsi və testlərin aparılması;
- Dizayn sistemlərinin hazırlanması və UI kitdən istifadə.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 30.11.2024
Müraciət etmək üçün, CV-nizi qeyd edilmiş elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.