Golden Pay Golden Pay
  • 846

Golden Pay

İKT

Nəqliyyat şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat şöbəsinin rəhbəri

  • Deadline 29 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali 
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə 2-5 il
  • Səlis Azərbaycan dili, İngilis dili əlavə üstünlükdür.
  • MS Office (Excel, Word), PowerPoint proqramları üzrə yüksək səviyyədə biliklər; 
  • Aidiyyatı qanunvericiliklər haqqdına məlumatlı olmaq
  • Avtomobilin əsas texniki xarakteristikasını və ümumi quruluşunu, təyinatını, mexanizmini, hərəkət prinsipini, avtomobilin aqreqat və cihazlarının işi və xidmətini bilmək
  • Avtomobilin istismarı prosesində meydana çıxan nasazlıqların əlamətləri, səbəbləri və təhlükəli nəticələrini, onların aşkara çıxarılması və aradan qaldırılmasını bilmək

Vəzifə öhdəlikləri: 

  • Şöbənin işinin təşkilini icra etmək
  • Avtomobilin mühərrik, ban və salonunu təmiz saxlalanmasını, tələb və təmin etməli;
  • BNA və DYP -dən gələn məktubları cavablandırmaq
  • Aylıq əsasda nəqliyyat vasitəsinin son km göstəricisini, yanacaq qəbzlərini və yol vərəqəsini aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək
  • Avtomobillərin texniki baxışdan keçirilməsinə nəzarət etmək
  • Sürücülərə salonu hər tərk etmədən öncə mütləq şəkildə avtomobildə siqnalizasiyanı qoşmasını, hərəkət zamanı və dayanan vaxt avtomobilin bütün qapılarını “blok” vəziyyətinə gətirməsini və avtomobildən çıxarkən potensial təhlükənin olmamasından əmin olması ilə bağlı təlimatlandırmaq
  • Avtomobilləri istismar təlimatlarına uyğun olaraq vaxtlı-vaxtında servis mərkəzində texniki xidmət və texniki baxışdan keçirilməsinə nəzarət etmək
  • Sürücülərdən işdən qabaq və ya iş vaxtı (o cümlədən sonrakı günə təsir edə biləcəyi halda işdən sonra) alkoqol, psixotrop, yuxugətirici, antidepressiya və insan orqanizminin diqqətini, reaksiyasını və iş qabiliyyətini azaldan digər vasitələr (preparatları) qəbul etməmələri ilə bağlı təlimatlandırmaq
  • Avtomobilin yeni sürücüyə təhvil verilməsi və ya sürücü işdən ayrılanda təhvil alınması, akt (avtomobil texniki baxışdan keçirilməli və sənəd akta tikilməıli, yararlı olması, xarici görnüşündə hər hansı qüsurun olmaması və s. qeyd edilməklə) əsasında həyata keçirmək
  • Aylıq əsasda avtomobillərin yoxlanılmasını həyata keçirir və baxış zamanı aşkar edilmiş qüsurlar sürücüyə sübut olunmalı və aktlaşdırılmalı. Dəymiş ziyan servisdə qiymətləndirilərək nasazlıq aradan götürülür. Dəymiş ziyan haqqında sənəd  aydiyyatı şöbəyə sürücünün əmək haqqından tutulması üçün təqdim etmək
  • Avtomobillərin yanacaqla bağlı təminatını həyata keçirmək
  • Rəhbərliyin tələbinə uyğun hesabatları tərtib etmək;

İş qrafiki: Həftəiçi gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et butonunda qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

  • Daily2
  • Weekly588
  • Monthly208