Vakansiyanın tələbləri:
- Təhsil: Biznes idarəetmə, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3il iş təcrübəsi;
- Azərbaycan dili səlis, Rus və İngilis dil biliyi üstünlükdür
- MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Təqdimat bacarıqları;
- Kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlanmasını təşkil edir;
- Mövcud partnyorlara iş keyfiyyətinin artırılmasını təmin edir;
- Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında təkliflər verir;
- Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir;
- Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir;
- Yeni partnyorlarların cəlbini təşkil edir (soyuq zəng, online, görüş);
- Əməkdaşlığın ilkin şərtlərin və təklifin təqdim edilməsi;
- Müqavilə proseslərini tam nəzarət etmək (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama);
- Şirkət daxili aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir;
- Partnyorlarla və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir;
- Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir;
- Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir:
- Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat verir;
- Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak edir.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.