Golden Pay Golden Pay
  • 541

Golden Pay

İKT

Partnyorlarla iş üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Partnyorlarla iş üzrə aparıcı mütəxəssis

  • Deadline 28 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Biznes idarəetmə, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3il iş təcrübəsi; 
  • Azərbaycan dili səlis, Rus və İngilis dil biliyi  üstünlükdür 
  • MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Təqdimat bacarıqları;
  • Kollektivdə işləmək bacarığı;

Vəzifə öhdəlikləri: 

  • Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlanmasını təşkil edir;
  • Mövcud partnyorlara iş keyfiyyətinin artırılmasını təmin edir;
  • Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında təkliflər verir;
  • Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir;
  • Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir;
  • Yeni partnyorlarların cəlbini təşkil edir (soyuq zəng, online, görüş);
  • Əməkdaşlığın ilkin şərtlərin və təklifin təqdim edilməsi;
  • Müqavilə proseslərini tam nəzarət etmək (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama);
  • Şirkət daxili aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir;
  • Partnyorlarla və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir;
  • Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir;
  • Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir:
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat verir;
  • Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak edir.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily24
  • Weekly615
  • Monthly733